Höccətulislam vəlmuslimin Seyid Mohəmməd Həsən Əbutorabifərd 1397-ci günəş ilinin ilk cümə namazı xütbələrində bildirib ki, İran xalqının siyasi müstəqilliyi böyük və dəyərli bir sərmayədir. O, deyib: İranın regional qüdrəti Vaşinqton üçün nigaranedicidir. Halbuki bu məsələ İslamdan və vəhy təlimlərindən qaynaqlanıb və region xalqlarına və müqavimətə izzət bəxş edibdir.
Əbutorabifərd belə qeyd edib: Bu gün, islami müqavimət cəbhəsi ümmət və rəhbərliyin möhkəm bağlığı sayəsində, öz qanunsuz maraqlarını regionda və dünyada izləyən Amerikanın, hegemonçuluq sisteminin və küfrün cəbhəsi qarşısında dayanıbdır.
Tehranın müvəqqəti imamcüməsi xütbələrin davamında 1397-ci ilin "İran istehsalına dəstək" ili adlandırılmasına işarə edərək, deyib: İran məhsulu ən yüksək keyfiyyətə və minimum xərcə malik olmalıdır.
Mənbə: Sahartv