İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Trampın tərəfdarlarından üç nəfəri president seçkilərindən sonra müsəlmanları qətliam etmək üçün plan hazırlamaqda ittiham edilərək mühakimə olunublar.
İttihamda deyilir ki, bu adamalar prezident seçkilərindən sonra Kanzas əyalətinin Viçita şəhərində bir neçə yerdə, o cümlədən müsəlmanlar yaşayan bir binada və bir məsciddə bomba quraşdıraraq Somalidən olan müsəlmanlar əleyhinə sui-qəsd hazırlmaşdılar.
Qavin Rayt, Patrik Estin və Kertis Alen üçlüyü “səlibçilər” adında kiçik silahlı qruplaşma düzəldərək digər insanları da bu işə həvəsləndirmək istəyirmişlər.
Əgər bu terrorist dəstə öz hədəflərinə çatsaydılar, bu terror hadisəsi 1995-ci ildə Oklahomasitidə baş verən hadisədən sonra ikinci böyük terror hadisəsi olacaqdı.