IQNA

Serbiyada məscidin camaat namazı imamını döydülər

16:15 - March 26, 2018
Xəbər sayı: 3482951
Bir dəstə naməlum şəxs Serbiyanın Novi Pazar şəhərində bir məscidin camaat namazı imamını döyüblər və qaçıblar.

Serbiyada məscidin camaat namazı imamını döydülərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bir dəstə naməlum şəxs Serbiyanın Novi Pazar şəhərində bir məscidin camaat namazı imamını döyüblər və qaçıblar.

Bu hücum zamanı döyülərək ciddi yaralanan və xəsarət alan camaat namazı imamı Novi Pazar şəhərinin Xurm məscidinin imamı olub. Onun adı Salihovicdir.

Serbiyanın İslami Birliyi bəyaniyyə yayaraq bu hücumu məhkum edib. Bəyaniyyədə bildirilir ki, hücum edən naməlum şəxslərin kimliyini öyrənmək üçün istintaq işləri başladılıb.

Qeyd edək ki, son illərdə Avropa ölkələrinə “islamofobiya” zəminində hücumlar çoxlaıb. İrqçilər və anti-İslamlar əsasən məscidləri və İslami mərkəzləri hədəfə alıblar.  

http://iqna.ir/fa/news/3702026

captcha