IQNA

Qurana istinadən əlillərə HƏCC qadağası

19:17 - April 13, 2018
Xəbər sayı: 3483021
Onlar Həccə getmək istəyən əlillərə bu müqəddəs səfəri Quran ayələrinə istinadən və həmçinin əlil hacıların Ərəbistanda diləndikləri üçün qadağan etdiklərini iddia edirlər.

Qurana istinadən əlillərə HƏCC qadağasıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, onlar Həccə getmək istəyən əlillərə bu müqəddəs səfəri Quran ayələrinə istinadən qadağan etdiklərini iddia edirlər.

Hindistanın dini və milli azlıqların işi üzrə naziri müsəlman əlillərə Həcc səfərinin qadağan edilməsi barədə qərarlarını belə izah edib.

O deyib ki, Qurani-Kərimin ayələrinə əsasən cismi, maliyyə və maddi baxımdan imkanı olmayanlara Həcc səfəri vacib deyil.

Yeni Dehlinin ali məhkəməsində iştirak edən Hindistanın dini və milli azlıqların işi üzrə nazir nümayəndəsi Həcc səfərinin əlillərə qadağası siyasəti barədə edilən şikayətləri yoxlayarkən bu fikri səsləndirib və qeyd edib ki, Həcc əməlləri ağır olduğu üçün bu dini ayin əlillərə vacib deyil. Bundan əlavə o vurğulayıb ki, bu qərarın verilməsində hindistanlı əlillərin 2012-ci ildə Ərəbistanda dilənməsi məsələsi də təsirli olub.

Çandra vurğulayıb: Buna baxmayaraq Hindistanın dini və milli azlıqların işi üzrə nazirliyi mövzunun həssasılığını nəzərə alaraq və həmçinin məlulların 2016-cı ildə təsdiq edilmiş hüquqlarına əsasən Həcc komitəsindən bu məsələnin yenidən araşdırılmasını və 2018 və 2020-ci illərin Həcc siyasətlərində islahat aparılmasını tələb edəcək.

Qeyd edək ki, əlillərin bu şikayətnaməsində Həcc komitəsinin müsəlmanlar əleyhinə ayıseçkilik edildiyi vurğulanıb.

Xaxtırladaq ki, İslam dini Hindistanın ikinci ən böyük dinidir və müsəlmanlar 1 milyard 300 milyon cəmiyyəti olan hindistanın 18 faizini təşkil edirlər.   

http://iqna.ir/fa/news/3705263

Teqlər: iqna ، həcc ، hacı ، hindistan ، əlil
captcha