IQNA

Suriya hücum edilərsə, biz iştirak etməyəcəyik

19:46 - April 13, 2018
Xəbər sayı: 3483022
Almaniyanın kansleri elan edib ki, əgər Amerika və müttəfiqləri tərəfindən Suriyaya hücum edilərsə, ölkəsi bu hücumda iştirak etməyəcək.

Suriya hücum edilərsə, biz iştirak etməyəcəyikİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın kansleri elan edib ki, əgər Amerika və müttəfiqləri tərəfindən Suriyaya hücum edilərsə, ölkəsi bu hücumda iştirak etməyəcək.

Angela Merkel (Almaniyanın kansleri) dünən, həftənin cümə axşamı günü, 12 Aprel 2018-ci il, elan edib ki, Suriya torpağına hücum edilməmişdən öncə bütün məsələlər hərtərəfli araşdırılmalıdır.

O əlavə edib: Mənim bildiyim qədəri ilə indiyədək Suriyaya hücum edilməsi barədə qəti qərara gəlinməyib. Və qərbli müttəfiqlərin fikir birliyinin zəruriliyini nəzərə alaraq deyirəm ki, müttəfiqlərimiz Suriyaya hücum etməmişdən öncə bizimlə məsləhətləşsinlər.

Qeyd edək ki, Donald Tramp cari həftənin üçüncü günü, 11 Aperl 2018-ci il, Rusiyaya xəbərdarlıq edərək Suriyanı raket ilə vuracağını bildirmişdi.

http://iqna.ir/fa/news/3705298

 

Teqlər: iqna ، almaniya ، kansler ، suriya
captcha