IQNA

Misrdə Quran hafizi olan azyaşlıları təqdir etdilər

8:34 - April 15, 2018
Xəbər sayı: 3483030
Misrin Qəna əyalətinin yerli rəsmiləri həftənin Cümə günü, xüsusi mərasim keçirərək əyalətin Quran hafizi olan iyirmi nəfər azyaşlı hafizinə təqdir və təşəkkür mərasimi keçiriblər.

Misrdə Quran hafizi olan azyaşlıları təqdir etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Qəna əyalətində Qurani-Kərimi hazifi olan azyaşlıq uşaqların fəaliyyəti dəyərləndirilib.

"əd-Dəstur" qəzetinin yazdığı məlumata görə, Misrin Qəna əyalətinin yerli rəsmiləri həftənin Cümə günü, xüsusi mərasim keçirərək əyalətin Quran hafizi olan iyirmi nəfər azyaşlı hafizinə təqdir və təşəkkür mərasimi keçiriblər.

Azyaşlı hafizlərin təqdir edilməsi mərasimi Qəna əyalətinin xeyriyyə müəssisələri yerli dövlət rəsmiləri və xristian və müsəlman ruhanilərinin iştirakı və həmkarlığı ilə keçirilib.

Misrin cənubunda "yetim günü" keçirilən bu mərasimdə əyalətinin azyaşlı hafizləri və həmçinin yetim və ailəsiz uşaqları əzizlənib və təqdir edilib. Mərasiminin haşiyəsində isə fərqlənən şagirdlər də mükafatlandırılıb.

http://iqna.ir/fa/news/3705469  

Teqlər: iqna ، yetim günü ، misr ، quran hafizi
captcha