IQNA

NÜCƏBA:

Suriya düşmənləri əleyhinə müttəhid cəbhə yaradılsın

23:17 - April 17, 2018
Xəbər sayı: 3483042
Tərəflər arasında Bağdadda keçirilən bu görüşdə regionun siyasi, iqtisadi, ictimai və təhlükəsizlik məsələləri və həmçinin ABŞ və müttəfiqlərinin Suriyaya hücumu barədə müzakirə edilib.

Suriya düşmənləri əleyhinə müttəhid cəbhə yaradılsınİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın İslami Müqavimət Cəbhəsinin (NÜCƏBA) İran İslam Respubliaksındakı media və ictimai əlaqələr şobəsinə istinadla verdiyi xəbərə görə, Şeyx Əkrəm Kəbi (İraqın İslami Müqavimət Cəbhəsinin (NÜCƏBA) baş katibi) İran İslam Respublikasının Ali Dini Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin Livandakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyyid Təbatəbai ilə görüş keçirib.

Tərəflər arasında Bağdadda keçirilən bu görüşdə regionun siyasi, iqtisadi, ictimai və təhlükəsizlik məsələləri və həmçinin ABŞ və müttəfiqlərinin Suriyaya hücumu barədə müzakirə edilib.     

İraqın İslami Müqavimət Cəbhəsinin (NÜCƏBA) baş katibi Suriya düşmənlərinin əleyhinə vahid cəbhənin yaradılmasının zəruri olduğunu vurğulayıb.

Şeyx Əkrəm Kəbi (İraqın İslami Müqavimət Cəbhəsinin (NÜCƏBA) baş katibi) İran İslam Respublikasının Ali Dini Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin Livandakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyyid İsa Təbatəbai ilə görüşündə Suriyada fəaliyyətdə olan terrorist qruplaşmaların axırına çıxmağın zəruri olduğuna işarə edərək, Suriya düşmənlərinin əleyhinə vahid cəbhənin yaradılmasının zəruri olduğunu qeyd edib.

İran İslam Respublikasının Ali Dini Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin Livandakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyyid İsa Təbatəbai də NÜCƏBA-nın Suriyanı dəstəkləmək yönündə fəaliyyətlərini təqdirəlayiq hesab edib.

http://iqna.ir/fa/news/3705920     

 

Teqlər: iqna ، nücəba ، suriya ، İraq
captcha