IQNA

Rusiyada vəhabi mənsublarını radikal cərəyanların ünsürləri hesab edəcəklər

6:41 - April 18, 2018
Xəbər sayı: 3483044
Rusiyanın məzhəbi şurası dövlət məsullarından tələb edib ki, vəhabi və sələfi təşkilatlarını ekstremist və radikal cərəyanlar siyahısına salsınlar.

Rusiyada vəhabi mənsublarını radikal cərəyanların ünsürləri hesab edəcəklərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın məzhəbi şurası dövlət məsullarından tələb edib ki, vəhabi və sələfi təşkilatlarını  ekstremist və radikal cərəyanlar siyahısına salsınlar.

İran İslam Respublikasının Rusiyadakı Mədəniyyət İşləri İdarəsinin informasiya şöbəsinin paylaşdığı bu xəbərdə deyilir ki, Rusiyanın məzhəbi şurası bəyaniyyə yayaraq bildirib: Dövlət orqanlarına təklif edirik ki, vəhhabizmi radikal ideologiya və həmçinin vəhabi təşkilatlarını radikal qruplaşmalar siyahısına salsınlar.

Tatarıstan respublikasının müsəlmanların dini işləri idarəsinin rəisi Kamil Həzrət Səmiulin bu məsələni Rusiya məzhəblərarası şurasının iclasında müzakirəyə çıxarıb.

O, bu iclasda deyib: Gərək radikal ideologiyanı qadağan edək. Vəhabi ideologiyası insanlığa nifrət ideologiyasıdır. Əlbəttə ideologiyanı qadağan edə və qarşısını ala bilmərik, amma bu ideologiyanı yayan cərəyan və qrumları dondura bilərik. Bizim vətənimizdə vəhabilər müxtəlif metod və formalarda təbliğlə məşğuldurlar və hər gün genişlənməkdə və yayılmaqdadırlar.   

http://iqna.ir/fa/news/3706350

 

Teqlər: iqna ، rusiya ، tatarıstan ، vəhabizim
captcha