IQNA

Gürcüstan Tehran yarışlarına nümayəndə göndərib

16:12 - April 21, 2018
Xəbər sayı: 3483057
İran İslam Respublikasının paytaxtı Tehranda Qurani-Kərimin hifzi və qiraəti üzrə 35-ci beynəlxalq yarışlar keçirilir. Yarışlarda dünyanın 84 ölkəsində nümayəndələr iştirak edir.

Gürcüstan Tehran yarışlarına nümayəndə göndəribİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hazırda İran İslam Respublikasının paytaxtı Tehranda Qurani-Kərimin hifzi və qiraəti üzrə 35-ci beynəlxalq yarışlar keçirilir. Yarışlarda dünyanın 84 ölkəsində nümayəndələr iştirak edir.

İran İslam Respublikasının İslami əlaqələr və mədəniyyət təşkilatının rəsmi informasiya portalının verdiyi məlumata görə, bu yarışlara Gürcüstandan da Quran hafizi və peşəkar qiraətçi qatılıb.

Bu xəbərə görə, İİR-nın Gürcüstandakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Gürcüstanın Müsəlmanların İşi Üzrə İdarəsi Tehranın beynəlxalq yarışlarına üç nəfər nümayəndə göndərib.

Onlar (Quran hafizi Ruslan Elçiyev; qarilər Rza Kazımov bə Rahid Kərimov) Beynəlxalq Əl-Mustfa İslam Elmləri Akademiyasının Gürcüstandakı filialının ustad və tələbələridir.

Qedy edək ki, İran İslam Respublikasının paytaxtı Tehranın İmam Xomeyni (r.ə) müsəllasında Qurani-Kərimin hifzi və qiraəti üzrə 35-ci beynəlxalq yarışlar cari həftənin Cüməaxşamı günü, 10 Aprel 2018, başlayıb və Aprel ayının 26-dək davam edəcəkdir.

İranın 35-ci beynəlxalq Qurani-Kərim yarışlarının şüarı "bir kitab, bir ümmət"dir.

http://iqna.ir/fa/news/3707463

captcha