IQNA

İsveçdə müsəlmanları təhqir edən şəxs cərimə edildi

6:53 - April 22, 2018
Xəbər sayı: 3483063
İsveç məhkəməsi sosial şəbəkədə müsəlmanları təhdir edən və cəmiyyətdə kin-küdurət yaratmaq istəyən şəxsi nağd cərimə ödəməyə məhkum etdi.

İsveçdə müsəlmanları təhqir edən şəxs cərimə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveç məhkəməsi sosial şəbəkədə müsəlmanları təhdir edən şəxsi nağd cərimə ödəməyə məhkum etdi.

Türkiyənin "Star" qəzetinin yazdığı məlumatda deyilir ki, hadisə İsveçin Norköping şəhərində baş verib. Sosial şəbəkədə müsəlmanları aşağılayan şəxsə məhkəmə 7500 kron cərimə ödənişi təyin edib.

Həmin adam sosial şəbəkədə paylaşdığı yazıda müsəlmanları dəyərsiz mövcud adlandırıb və onların Avropda yaşamasını dözülməz hesab edib.

Müsəlmanları təhqir edən şəxsi cərimələyən məhkəmə hakimi "Michael Forsberg" sosial şəbəkələrdə dini və milli irqçilik zəminində nifrətdən doğan yazıların paylaşılması barədə cərimələrin ağırlaşdığını vurğulayaraq deyib: Buna baxmayaraq sosial şəbəkələrdə çox sayda saxta hesablar vardır ki, cəmiyyətdə insanlar arasında nifrət doğuran yazılar paylaşır və insanlarda kin-küdurət yaratmaq istəyirlər. Polis bu adamları tapmaq üçün çox vaxt sərf edir.

Qeyd edək ki, son aylarda verilən illik hesabatlara görə, axır zamanlarda Avropa ölkələrində islamofobiya zəminində baş verən cinayətlər gözəçarpacaq dərəcədə artmışdır.    

http://iqna.ir/fa/news/3707413

Teqlər: iqna ، İsveç ، islamofobiya ، avropa
captcha