IQNA

Tələbələrin beynəlxalq Quran yarışlarına MƏŞHƏD evsahibliyi edir

22:43 - April 27, 2018
Xəbər sayı: 3483087
Müsəlman tələbələrin VI beynəlxalq Qurani-Kərim yarışları cari həftənin bazar günü, Aprel ayının 29-da qaliblərin mükafatlandırılması mərasimi ilə öz işini yekunlaşdıracaqdır.

Tələbələrin beynəlxalq Quran yarışlarına MƏŞHƏD evsahibliyi edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Xorasan əyalətinin "Cihade Daneşgahi Təşkilatı"nın rəisi (Universitetlərdə elmi və mədəni cihad) Dr. Seyyid Əli Əkbər Şəmsiyan İQNA ilə müsahibəsində dedi: Mübarək Şəban ayı günlərində keçiriləcək müsəlman ölkələrinin universitet tələbələrinin VI beynəlxalq Qurani-Kərim yarışları müqəddəs Məşhəd şəhərinin evsahibliyi bu gün, Cümə günü, 27 Aprel 2018-ci il, başlayır və cari həftənin bazar günü axşam, 29 Aprel 2018-ci il başa çatacaqdır.

Dr. Seyyid Əli Əkbər Şəmsiyan əlavə etdi: Bu yarışlar müqəddəs Məşhəd şəhərində Həzrət İmam Rzanın (ə) hərəmi, İİR-nın Tələbələrin Quran Təşkilatının Xorasan əyaləti üzrə filialı, Universitetlərin Elmi Cihad Təşkilatının Xorasan əyaləti filialı, IIR-nın xeyriyyə işləri və vəfqlər təşkilatının Xorasan əyaləti nümayəndəliyinin təşəbbüsü və İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi), İranın Quran tv kanalının və Məşhəd şəhərinin icra hakimiyyətinin həmkarlığı ilə keçirilir.

O əlavə etdi: Bu yarışlarda Qurani-Kərimin hifzi və qiraəti üzrə Asiya, Afrika və Avropandan olan 35 müsəlman ölkəsindən 44 nəfər tələbə rəqabət edəcəklər. Onlardan 19 nəfəri Qurani-Kərimin peşəkar qiraəti və 25 nəfəri Qurani-Kərimin kamil hifzi üzrə yarışacaqlar.

Xorasan əyalətinin "Cihade Daneşgahi Təşkilatı"nın rəisi (Universitetlərdə elmi və mədəni cihad) Dr. Seyyid Əli Əkbər Şəmsiyan vurğuladı: Müsəlman ölkələrin universitet tələbələri üç gün ərzində Qurani-Kərimin hifzi və qiraəti üzrə rəqabət aparacaqlar. Bu yarışları iki iranlı və dörd xarici hakim idarə edəcəkdir.

O, sonda dedi: Müsəlman ölkələrin universitet tələbələrinin VI beynəlxalq Qurani-Kərim yarışları cari həftənin bazar günü, Aprel ayının 29-da qaliblərin mükafatlandırılması mərasimi ilə öz işini yekunlaşdıracaqdır.   

http://iqna.ir/fa/news/3708640  

 

 

captcha