IQNA

Suriyada oğurlanan 40 nəfər azad edildi

11:25 - May 01, 2018
Xəbər sayı: 3483106
Suriyanın Cənubi İdlib əyalətinin tanınmış tarixi kəndi İştəbrəqin terroristlər tərəfindən oğurlanmış 85 nəfər vətəndaşından 40 nəfəri azad edilib və çox yaxında əl-Eys keçid məntəqəsinə çatacaqlar.

Suriyada oğurlanan 40 nəfər azad edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın "İştəbrəq" kəndindən oğurlanan 85 nəfər vətəndaşın 40 nəfəri azad edildi.

Suriyanın hərbi xəbər agentlikləri məlumat yayıblar ki, Suriyanın Cənubi İdlib əyatlərinin tanınmış tarixi kəndi İştəbrəqin terroristlər tərəfindən oğurlanmış 85 nəfər vətəndaşından 40 nəfəri azad edilib və çox yaxında əl-Eys keçid məntəqəsinə çatacaqlar.

Bu məlumata görə, Şimali İdlibin Fuə və Kəfəriya qəsəbələrində humanitar vəziyyət böhranidir və bu qəsəbələrdə yaralanan sivil vətəndaşlardan bəziləri əl-Eys keçidinə çatdırılıblar. əl-Eysdə təcili yardım qrupları yaralılara tibbi yardımlar göstərirlər.

Qeyd edək ki, Suriya qoşunları ilə Dəməşqin cənub-şərqində Yərmuk qərargahında olan silahlı terroristlər arasında əldə olunmuş razılşamaya əsasən Fuə və Kəfərya qəsəbələrində mühasirədə olan 5 min nəfər və İştəbrəqdə oğurlanmış 85 nəfər azad edilməli və əvəzində silahlı terroristlərə Dəməşqin cənubundan çıxmağa icazə veriləcəkdir. Buna görə də Suriyanın dövlət avtobusları Qırmızı Aypara cəmiyyətinin maşınları ilə birlikdə sözü gedən regiona giriblər.

Bu avrobuslar ilə Fuə və Kəfəryada mühasirədə olan 1500 nəfər əhali əl-Eys keçid məntəqəsinə gətiriləcək və ordan da Hələbin şərqindəki Cibreyn müvəqqəti sığınacağına daşınacaqlar.        

http://iqna.ir/fa/news/3710800

Teqlər: iqna ، hələb ، suriya ، iştəbrəq
captcha