IQNA

Brükseldə Quran təlimi kurslarının təşkili

23:56 - May 01, 2018
Xəbər sayı: 3483110
Həzrət İmam Mehdi Sahibəz-Zəmanın (ə.f) mübark mövludu münasibəti ilə Belçikanın paytaxtı Brükseldə Qurani-Kərimin təlimi kursları təşkil edilmişdir.

Brükseldə Quran təlimi kurslarıİQNA-nın (Beynəxlalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Mehdi Sahibəz-Zəmanın (ə.f) mübark mövludu münasibəti ilə Belçikanın paytaxtı Brükseldə Qurani-Kərimin təlimi kursları təşkil edilmişdir.

Brükselin İmam Mehdi (ə.f) Mərkəzinin bu barədə yaydığı elana görə, bu təlim kursları bu gün, həftənin ikinci günü, 1 May 2018-ci il, İmam Mehdinin (ə.f) mövlud baryarmı çərçivəsində, İslam alimlərinin iştirakı ilə və ilk dəfə olaraq keçirildi.   

Brükselin İmam Mehdi İslam Mərkəzi İmam Mehdinin (ə.f) mövlud bayramı mərasiminin kənarında Qurani-Kərimin təlimi və Mehdiçilik maarifinin öyrədilməsi kurslarını müxtəlif İslam alimlərinin təqdimatında müxtəlif dillərdə təşkil edib.

Mərasimdə də uşaqlar üçün proqramlar olub. Yeniyetmələr üçün rəssamlıq, fotoqraflıq, nəşid və dini nəğmə oxunması və s... maraqlı proqramlar icra edilib.  

http://iqna.ir/fa/news/3710963

Teqlər: brüksel ، quran təlimi ، kurslar ، iqna
captcha