IQNA

Malaziyanın beynəlxalq Quran yarışları başladı

18:47 - May 07, 2018
Xəbər sayı: 3483132
Malaziyanın 60-cı beynəlxalq Qurani-Kərim yarışları bu gün, həftənin birinci günü, 7 May 2018-ci il, günün ikinci yarısında, yerli vaxtla saat 20:45-də Kualalampurda öz işinə başlayıb.

Malaziyanın beynəlxalq Quran yarışları başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın 60-cı beynəlxalq Qurani-Kərim yarışları bu gün, həftənin birinci günü, 7 May 2018-ci il, günün ikinci yarısında, yerli vaxtla saat 20:45-də Kualalampurda öz işinə başlayıb.

Malaziyanın paytaxtı Kualalampurun Putra dünya ticarət kompleksində keçirilən Qurani-Kərim hifzi və qiraəti üzrə keçirilən 60-cı beynəlxalq yarışların açılış mərasimində Malaziyanın himni, Ərəb və Malay dillərində dua oxunub və Qurani-Kərim tilavət edilib.

Açılış mərasimində məşhur Quran ustadı Əhməd ibn Ğəzali Qurani-Kərimin Ənkəbut sirəsindən ayələt tilavət edib.  

Bu yarışlarda dünyanın müxtəlif ölkələrinin Quran qariləri və hafizləri rəqabət aparacaqlar. May ayının 12-dək davam edəcək yarışlarda İran İslam Respublikasını Qurani-Kərimin qiraəti üzrə Muxtar Dehqan təmsil edəcəkdir.

Quran yarışlarının yekun mərasimi cari həftənin şənbə günü keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.

Qeyd edək ki, Malaziyada keçirilən öncəki Quran yarışlarında indiyədək İran İslam Respublikasının nümayəndələri Seyid Mustafa Hüseyni dördüncü yeri və Möhsün Haci Həsəni birinci yeri əldə edə biliblər.  

http://iqna.ir/fa/news/3712279      

 Ù…سابقات بین المللی قرآن در مالزی آغاز شد

مسابقات بین المللی قرآن در مالزی آغاز شد

Teqlər: iqna ، quran yarışları ، malaziya ، iran ، hifz ، qiraət
captcha