IQNA

Qüdsün küçələrində ABŞ səfirliyinin lövhələri vuruldu

10:13 - May 08, 2018
Xəbər sayı: 3483136
Şahidlər deyiblər ki, Qüdsün küçələrində ABŞ səfirliyinə istiqaməti göstərən lövhələrin üzərində Ərəb, İngilis və İbri dillərində "Amerika səfirliyi" yazılmışdır.

Qüdsün küçələrində ABŞ səfirliyinin lövhələri vurulduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şahidlərin verdiyi məlumatlara əsasən, sionistlərin işğalında olan Qüdsün küçə və xiyabanlarında Amerika səfirliyinə aid olan ən azı üç lövhə vurulub.

Şahidlər deyiblər ki, Qüdsün küçələrində ABŞ səfirliyinə istiqaməti göstərən lövhələrin üzərində Ərəb, İngilis və İbri dillərində "Amerika səfirliyi" yazılmışdır.

Bu məlumata əsasən, üzərinə ABŞ səfirliyi yazılmış lövhələrdən biri də Amerikanın Qüdsdəki konsulluq idarəsi binasının yaxınlığında və yeni səfirliyinin yerləşdiriləcəyi binanın önünə vurulub.

Amerikanın Qüdsdəki səfirliyi cari ilin May ayının 14-də, işğalçı İsrail rejiminin yarandığı gündə, "bədbəxtçilik günü", ABŞ-ın prezidentinin qızı İvanika və yeznəsi Cord Kuşnerin iştirakı ilə açılacaqdır.

Qeyd edək ki, Donald Tramp keçən ilin Sentyabr ayının 6-da elan etmişdi ki, Amerika öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürərək Qüdsü İsrailin paytaxtı elan edəcəkdir.  

İslam dünyası və bəzi Ərəb ölkələri bu məsələyə öz etirazlarını bildiriblər və müsəlmanlar bu qərardan narahatdırlar.

http://iqna.ir/fa/news/3712124

Teqlər: iqna ، səfirlik ، qüds ، tel-əviv ، israil ، tramp
captcha