IQNA

Terroristlərin əsir götürdüyü 1000 nəfər azad edildi

11:06 - May 08, 2018
Xəbər sayı: 3483137
Çoxunun qadın və uşaqlardan olduğu deyilən bu girov və əsirlərin terroristlərdən azad edilməsi üçün dövlətin silahlı qüvvələri xüsusi əməliyyat keçiriblər.

Terroristlərin əsir götürdüyü 1000 nəfər azad edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyada terroristlər tərəfindən oğurlanaraq girov götürlümüş qadın və uşaqlar azad edilib.

Çoxunun qadın və uşaqlardan olduğu deyilən və 1000 nəfərdən ibarət bu girov və əsirlərin Buko-Haram terroristlərindən azad edilməsi üçün Nigeriya dövlətinin silahlı qüvvələri xüsusi əməliyyat keçiriblər.

Əməliyyat ölkənin şimalında, Burenu əyalətinin Bama rayonu ərazisində olan dörd kənddən Buko-Haram terrorçuları tərəfindən oğurlanmış qadın və uşaqların azadlığı üçün keçirilib.

Əməliyyatı keçirən dövlət qoşunlarının xəbər qaynağının verdiyi məlumata görə, əsir götürülənlərdən bəziləri Buko-Haram üçün döyüşməyə məcbur edilmişdilər ki, onlar da terroristlərin əlindən azad ediliblər.

Qeyd edək ki, vəhabi və sələfilərdən ibarət olan Buko-Haram terrorist qruplaşması indiyədək Nigeriyada minlərlə insan oğurluğu ediblər. Nigeriya ordusu dəfələrlə girovları azad etmək üçün əməliyyatlar keçirsə də, hələ də bir çox oğurlanmış insanların taleyi naməlumdur. Həmçinin 2014-cü ildə Buko-Haram tərəfindən oğurlanmış qızlardan bir xəbər yoxdur.    

http://iqna.ir/fa/news/3712371  

captcha