IQNA

"Ramazan SƏBR ayıdır və səbrin mükaftı cənnətdir"

20:22 - May 18, 2018
Xəbər sayı: 3483188
"Bu ay SƏBR ayıdır. Və həqiqətən də səbrin mükafatı cənnətdir. Bu ay bərabərlik ayıdır. Bu ayda Allah-Taala möminlərin ruzisini çoxaldar".

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Şeyx Səduq Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəvəyh Qumi (306-381 hq) deyir: Atam mənə hədis etdi Məhəmməd ibn Yəhya Əttardan, o da Əhməd ibn Məhəmməd ibn İsadan, o da Həsən ibn Məhbubdan, o da Əbu Əyyubdan, o da Əbul-Vərddən, o da İmam Cəfər Sadiqdən (ə) ki, o həzrət (s) buyurdu:    

أَخْبَرَنَا الشَّيْخُ أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ الْحُسَيْنِ بْنِ مُوسَى بْنِ بَابَوَيْهِ الْفَقِيهُ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا أَبِي رَحِمَهُ اللَّهُ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارِ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنِ الْحَسَنِ بْنِ مَحْبُوبٍ عَنْ أَبِي أَيُّوبَ عَنْ أَبِي الْوَرْدِ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ:  خَطَبَ رَسُولُ اللَّهِ (ص) فِي آخِرِ جُمُعَةٍ مِنْ شَعْبَانَ فَحَمِدَ اللَّهَ وَ أَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ :

Həzrət Peyğəmbər (s) Şəban ayının sonuncu Cümə günü xütbəsində Allaha həmd və səna etdikdən sonra buyurdu:

أَيُّهَا النَّاسُ إِنَّهُ قَدْ أَظَلَّكُمْ شَهْرٌ فِيهِ لَيْلَةٌ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ وَ هُوَ شَهْرُ رَمَضَانَ فَرَضَ اللَّهُ صِيَامَهُ وَ جَعَلَ قِيَامَ لَيْلَةٍ مِنْهُ بِتَطَوُّعِ صَلَاةٍ كَمَنْ تَطَوَّعَ بِصَلَاةِ سَبْعِينَ لَيْلَةً فِيمَا سِوَاهُ مِنَ الشُّهُورِ

"Ey camaat! Sizə bir ay kölgə salmışdır ki, o ayda min gecədən xeyirli olan bir gecə vardır və o ay Ramazan ayıdır. Allah-Taala bu ayda oruc tutmağı vacib etmişdir. Bu ayın bir gecəsində oyaq qalıb müstəhəb və nafilə namaz qılmaq başqa ayların yetmiş gecəsində qılınan nafilə namaza bərabərdir".

وَ جَعَلَ لِمَنْ تَطَوَّعَ فِيهِ بِخَصْلَةٍ مِنْ خِصَالِ الْخَيْرِ وَ الْبِرِّ كَأَجْرِ مَنْ أَدَّى فَرِيضَةً مِنْ فَرَائِضِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ مَنْ أَدَّى فِيهِ فَرِيضَةً مِنْ فَرَائِضِ اللَّهِ كَانَ كَمَنْ أَدَّى سَبْعِينَ فَرِيضَةً فِيمَا سِوَاهُ مِنَ الشُّهُورِ

"Bu ayda savab, xeyirxahlıq, yaxşılıq kimi işlərlə məşğul olan adama Allahın vacib əmirlərindən birini yerinə yetirmiş kəsin əcri verilər. Və hər kəs bu ayda İlahi vaciblərdən birini yerinə yetirərsə, ona digər aydlarda yerinə yetirilən yetmiş vacib əməlin savabı yazılar".

وَ هُوَ شَهْرُ الصَّبْرِ وَ إِنَّ الصَّبْرَ ثَوَابُهُ الْجَنَّةُ وَ هُوَ شَهْرُ الْمُسَاوَاةِ [الْمُوَاسَاةِ] وَ هُوَ شَهْرٌ يَزِيدُ اللَّهُ فِيهِ فِي رِزْقِ الْمُؤْمِنِينَ

"Bu ay SƏBR ayıdır. Və həqiqətən də səbrin mükafatı cənnətdir. Bu ay bərabərlik ayıdır. Bu ayda Allah-Taala möminlərin ruzisini çoxaldar".

وَ مَنْ فَطَّرَ فِيهِ مُؤْمِناً صَائِماً كَانَ لَهُ بِذَلِكَ عِنْدَ اللَّهِ عِتْقُ رَقَبَةٍ وَ مَغْفِرَةٌ لِذُنُوبِهِ فِيمَا مَضَى

"Hər kəs bu ayda oruc tutan bir möminə iftar verərsə, bu iftar verməyin mükafatı Allah yanında bir qulu azad etməyə bərabərlik edər və keçmiş günahlarının bağışlanmasına səbəb olar".

 فَقِيلَ لَهُ يَا رَسُولَ اللَّهِ لَيْسَ كُلُّنَا يَقْدِرُ عَلَى أَنْ يُفَطِّرَ صَائِماً فَقَالَ إِنَّ اللَّهَ تَعَالَى كَرِيمٌ يُعْطِي هَذَا الثَّوَابَ مِنْكُمْ مَنْ لَا يَقْدِرُ إِلَّا عَلَى مَذْقَةٍ مِنْ لَبَنٍ فَفَطَّر بِهَا صَائِماً أَوْ شَرْبَةٍ مِنْ مَاءٍ عَذْبٍ أَوْ تَمَرَاتٍ لَا يَقْدِرُ عَلَى أَكْثَرَ مِنْ ذَلِكَ

Dedilər: Ey Allahın Rəsulu! Bizim hamımızın oruc tutana iftar verməyə gücümüz çatmır.

Həzrət (s) buyurdu: "Allah-Taala kərimdir. Bu savabı bir içim süd, su və bir gilə xurma ilə iftar verənə də əta edəcəkdir".

 وَ مَنْ خَفَّفَ فِيهِ عَنْ مَمْلُوكِهِ خَفَّفَ اللَّهُ عَنْهُ حِسَابَهُ

"Və hər kəs bu ayda öz itaəti altında olanların (ailə, uşaq, işçi və s...) işini yüngül edərsə (və onlarla yumaşaq davranarsa), Allah-Taala da Qiyamət günü onun hesabını yüngül edər".

وَ هُوَ شَهْرٌ أَوَّلُهُ رَحْمَةٌ وَ وَسَطُهُ مَغْفِرَةٌ وَ آخِرُهُ إِجَابَةٌ وَ عِتْقٌ مِنَ النَّارِ

"Bu bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət və bağışlanmaq və axırı hacətlərin qəbulu və Cəhənnəm odundan xilas olmaqdır".

وَ لَا غِنَى بِكُمْ فِيهِ عَنْ أَرْبَعِ خِصَالٍ خَصْلَتَيْنِ تُرْضُونَ اللَّهَ تَعَالَى بِهِمَا وَ خَصْلَتَيْنِ لَا غِنَى بِكُمْ عَنْهُمَا أَمَّا اللَّتَانِ تُرْضُونَ اللَّهَ تَعَالَى بِهِمَا فَشَهَادَةُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ أَنِّي رَسُولُ اللَّهِ وَ أَمَّا اللَّتَانِ لَا غِنَى بِكُمْ عَنْهُمَا فَتَسْأَلُونَ اللَّهَ حَوَائِجَكُمْ وَ الْجَنَّةَ وَ تَسْأَلُونَ فِيهِ الْعَافِيَةَ وَ تَتَعَوَّذُونَ مِنَ النَّارِ.

Sizin hər birinizin bu ayda 4 xislətə ehtiyacınız var: bu dörd xislətin ikisi ilə Allahı razı salacaqsınız, digər ikisinə də özünüz ehtiyaclısınız. 

Allahı razı salacağınız ilk iki xislət Allahın yeganəliyinə və mənim peyğəmbərliyimə şəhadət verməyinizdir. 

Özünüzün ehtiyac duyduğunuz digər iki xislətin birincisi budur ki, bu ayda Allahdan hacətlərinizi və cənnəti istəyin, ikincisi də budur ki, bu ayda Allahdan sağlamlıq və cəhənnəm odundan qurtuluş diləyin.”

Şeyx Səduq (306-381 hq), “Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Ramazan ayının fəzilətləri bölümü, hədis: 51, mütərcim: Mirməhəmməd Bəşir. 

Teqlər: iqna ، ramazan ، fəzail ، hədis ، fəzilət ، oruc
captcha