İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Qahirə şəhərində müsəlman uşaqlarına Qurani-Kərimi xristiyan və məsihi bir cavan tədris edir.
Qurani-Kərimin məsihi və xristiyan müəllimi olan Əyad Ərif bir neçə ildir ki, misrli uşaqlara Qurani-Kərimin qiraəti və hifzini öyrədir və özü də elə uşaqlıqdan Quran hafizidir.
Xristiyan və eyni halda Quran müəllimi Əyad Ərif Misrin paytaxtı Qahirənin cənubunda yerləşən Minya əyalətinin "Təhna-əl-Cəbəl" kəndində yaşayır və elə həmin kənddə də uşaqlara Quran oxumağı öyrədir.
Əyad Ərif uşaq olarkən müəllimlərindən birinin təvşiqi ilə Qurani-Kərimi və İncili hifz edib.