IQNA

İsveçdə namazxananı yandırdılar

12:13 - May 21, 2018
Xəbər sayı: 3483200
Namazxana Hassleholm şəhərinin "İslami Mədəniyyət Birliyi"nin binasında yerləşirdi və müsəlmanlar bu namazxanadan ibadət ayinləri üçün istifadə edirdilər.

İsveçdə namazxananı yandırdılarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin Hassleholm şəhərində yerləşən müsəlmanların ibadət ocağı mübarək Ramazan ayında naməlum şəxslər tərəfindən yandırıldı.

Bu hadisə dünən, həftənin Şənbə günü, İsveçin Hassleholm şəhərində islamofoblar tərəfindən törədilib. Və yanğın zamanı namazxanaya çoxlu zərər və ziyan dəyib. Hadisəni törədənlərin kimliyi hələ məlum edilməyib.

Bu namazxana Hassleholm şəhərinin "İslami Mədəniyyət Birliyi"nin binasında yerləşirdi və müsəlmanlar buradan ibadət ayinlərinin icrası üçün istifadə edirdilər.

Hassleholm şəhərinin "İslami Mədəniyyət Birliyi"nin rəisi İsmayıl Darraği bu barədə çıxış edərək deyib: Çox təəssüf edirik ki, mübarək Ramazan ayında müsəlmanlara qarşı bu cür rəftarla qarşılaşırıq. Mən 12 ildir ki, bu şəhərdə yaşayıram və birinci dəfədir ki, belə bir hadisə ilə rastlaşıram.

Qeyd edək ki, son illərdə Avropa ölkələrində müsəlmanlara, müsəlmanların ibadət ocaqlarına və İslam mərkəzlərinə qarşı islamofob hücumlar geniş şəkildə və məqsədyönlü olaraq təşkil edilir.

http://iqna.ir/fa/news/3716292  

captcha