İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın "İslam Alimləri Cəmiyyəti"nin rəhbərlərindən biri naməlum şəxslər tərəfindən terror edilib.
Pakistanın "İslam Alimləri Cəmiyyəti"nin rəhbərlərindən olan Mövlana Həbibullah Mingəli iki nəfər silahlı şəxs terror edib.
Motosikletə minmiş silahlı terrorçular Mövlana Həbibullah Mingələ güllə ilə atəş açıblar və Mingəl bu güllə yarası ilə dünyasını dəyişib.
Terror baş verən zaman Mövlana Həbibullah Mingəl məsciddən çıxaraq maşınına tərəf addımlayırmış ki, maşınına minib evə getsin.
Hadisədən dərhal sonra təhlükəsizlik qüvvələri terror baş verən ərazini mühasirə etsələr də heç bir nəticə əldə edə bilməyiblər və indiyədək hadisənin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
http://iqna.ir/fa/news/3716518