IQNA

Cənazələr Mosul əhalisinin sağlamlığını təhdid edir

22:36 - May 22, 2018
Xəbər sayı: 3483208
İraqın Mosul əyalətində İŞİD-in hücumu zamanından torpaq altında qalmış yüzlərlə cənazə bu əyalətin əhalisinin sağlamlığı üçün ciddi təhdid yaratmışdır.

Cənazələr Mosul əhalisinin sağlamlığını təhdid edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Mosul əyalətində İŞİD-in hücumu zamanından torpaq altında qalmış yüzlərlə cənazə bu əyalətin əhalisinin sağlamlığı üçün ciddi təhdid yaratmışdır.

Mosulun azadlığından on ay keçməsinə və İraqın silahlı qüvvələrinin tibbi tağımlarının cənazələrin çıxarılmasında ciddi səy göstərməsinə baxmayaraq, hələ də yüzlərlə cənazə torpaqlar və dağıntıların altından çıxarılmayıb və bu camaatın sağlamlığını təhlükə altında qoyub.

Neynəvanın əyalət hakimi Nofəl Sultan Akubub dediyinə görə, indiyədək Mosulda dağıntılar altından 2838 cənazə çıxarılıb. Bu cənazələrin altı yüzü İŞİD ünsürlərinə aiddir.

Mosulun qərbində cənazələri dağıntılar altından çıxarn dəstənin başçısı Rəbi İbrahim deyir ki, təkcə bir gün ərzində 763 cənazə çıxarılmışdır.

Cənazələrin çıxarılması komitəsinin rəisi Dərid Hazim bu barədə deyir: Cənazələrin çıxarılması əməliyyatı çox çətindir. Çünki dağıntıların arasında belində partlayış kəmərləri olan İŞİD ünsürləri də vardır və mütəxəssislər tərəfindən zərərsizləşdirilməlidir.  

Əyalətin terapevt həkimi Əhəməd İbrahim deyir ki, bu cənazələrin çayın suyunu aludə edir və əhalinin sağlamlığını təhlükə altında qoyur. 

http://iqna.ir/fa/news/3716842  

Teqlər: iqna ، mosul ، cənazə ، İŞİd
captcha