IQNA

Mosulun qərbində 3 İŞİD qadını saxlanılıb

10:11 - May 23, 2018
Xəbər sayı: 3483210
İraqın təhlükəsizlik qüvvələri Mosulun qərbində İŞİD terrorist ünsülərinə bağlı və müxtəlif millətlərdən olan üç qadını saxlayıblar.

Mosulun qərbində 3 İŞİD qadını saxlanılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın təhlükəsizlik qüvvələri Mosulun qərbində İŞİD terrorist ünsülərinə bağlı və müxtəlif millətlərdən olan üç qadını saxlayıblar.

Kapitan Xəlil İbrahim - Suriya ilə müştərək sərhəd zolaqlarına nəzarət edən İraqın 15-ci hərbi bölüyünün komandirlərindən biri, bu barədə deyib: Bölüyümüzün əsgərləri ikisi Suriya və biri Türkiyədən olan üç qadını saxlayıblar. Onların İŞİD terrorist ünsürlərindən olduğu məlum olub.

O əlavə edib: Bu qadınlar Mosul şəhərinin 130 km-liyində Suriya sərhədləri vasitəsi ilə xaricə qaçmaq istəyərkən yaxalanıblar.

Kapitan Xəlil İbrahim deyib: Təhlükəsizlik qüvvələri saxlanılan qadınları istintaq üçün Neynəva əməliyyatı komandanlığının qərargah həbsxanasına aparılıblar.

Təhlükəsizlik qüvvələri istintaq zamanı qadınların İŞİD-in dini polis idarəsi "Divanu Həsbətun-Nisa"nın üzvləri olduqlarını aşkar ediblər.

http://iqna.ir/fa/news/3716680

Teqlər: iqna ، İŞİd ، dini polis ، neynəva
captcha