IQNA

Türkiyə mübarək Ramazan ayında 55 nüsxə Quran paylayacaq

22:56 - May 23, 2018
Xəbər sayı: 3483212
Türkiyə cümhuriyyətinin diyanət vəqfi mübarək Ramazan ayında dünyanın müxtəlif 17 ölkəsində 55 min nüsxə Qurani-Kərim paylayacaq.

Türkiyə mübarək Ramazan ayında 55 nüsxə Quran paylayacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin diyanət vəqfi mübarək Ramazan ayında dünyanın müxtəlif 17 ölkəsində 55 min nüsxə Qurani-Kərim paylayacaq.

Türkiyə cümhuriyyətinin Diyanət Bakanlığı və Vəqflər Təşkilatının rəis müavini Abdurrahman Çətin bu xəbəri elan edərək dedi: "Quran mənim hədiyyəmdir" layihəsinin icrası yönündə dünyanın 10 canlı dilinə tərcümə edilmiş 55 min Qurani-Kərim nüsxəsi mübarək Ramazan ayında dünyanın 17 ölkəsində paylanılacaqdır.

O əlavə etdi: Bu Quran nüsxələri İngilis, Fransız, Türki, Azəri, İspan, Qazax, Kürd, Çuayi, Tamili və s... dillərə tərcümə edilib və eyni halda Quranın ərəbcə mətni də tərcümənin kənarında mövcuddur.

Çətin deyib: Qurani-Kərimin tərcümə edilmiş nüsxələri Şri-Lanka, Kolumbiya, Essalvador, Quatamola, Beliz, Hayiti, Panama, Şili, Ekvador, Peru, Malavi, Zimbabve, Qəna, Qazaxıstan, Naxçıvan, Suriya və Kenyada paylanacaqdır.

Abdurrahman Çətin əlavə edib ki, bu ilin Ramazan ayında dünyanın 84 ölkəsinin 326 regionunda Türkiyənin diyanət bakanlığı tərəfindən iftar süfrələri açılacaqdır.

http://iqna.ir/fa/news/3716901

Teqlər: iqna ، türkiyə ، diyanət ، iftar ، quran
captcha