IQNA

Avstriyada "Loğman surəsinin təfisri" yarışları

11:37 - May 27, 2018
Xəbər sayı: 3483228
Avstriyanın paytaxtı Vyana şəhərinin İmam Əli (ə) İslam Mərkəzi Qurani-Kərimin Loğman surəsinin təfsiri və məfhumları üzrə yarış keçiriləcəkdir.

Avstriyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstriyanın paytaxtı Vyana şəhərinin İmam Əli (ə) İslam Mərkəzi Qurani-Kərimin Loğman surəsinin təfsiri və məfhumları üzrə yarış keçiriləcəkdir.

Mübarək Ramazan ayının 24-də keçiriləcək bu yarışlarda iştirak etmək istəyənlər yarış üçün hazırlanmış materialı almaq və qeydiyyatdan keçmək üçün İmam Əli (ə) İslam Mərkəzinin dəftərxanasına müraciət edə bilərlər.

Yarışlar üçün hazırlıq kursları da təşkil ediləcəkdir. Bu kurslar həftənin birinci, üçüncü və Cümə günləri yerli vaxtla saat 18:00-dan 19:00-dək İmam Əli (ə) İslam Mərkəzinin kitabxanasında keçiriləcəkdir.

Bu yarışlarda işitrak edənlər mübarək Ramazan ayının 24-də İmam Əli (ə) İslam Mərkəzində, yerli vaxtla saat 17:00-da bir-biri ilə rəqabət edəcəklər.  

http://iqna.ir/fa/news/3717931

 

Teqlər: iqna ، loğman ، təfsir ، avstriya ، islam mərkəzi ، vyana
captcha