IQNA

İsveçin İslam Mərkəzində ödənişsiz hüquqi müşavirə

22:15 - June 10, 2018
Xəbər sayı: 3483303
İsveçin İmam Əli (ə) adına İslam Mərkəzində vətəndaşlara müxtəlif dillərdə ödənişsiz hüquqi məsləhət və məşvərətlər verilir.

İsveçin İslam Mərkəzində ödənişsiz hüquqi müşavirəİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin İmam Əli (ə) adına İslam Mərkəzində vətəndaşlara müxtəlif dillərdə ödənişsiz hüquqi məsləhət və məşvərətlər verilir.

İsveçin paytaxtı Stokholmda yerləşən İmam Əli (ə) adına İslam Mərkəzi elan edib ki, mərkəzin bir sıra oraqnlarla razılaşması əsasında vətəndaşlar öz hüquqi problemlərinin həlli üçün İslam Mərkəzi tərəfindən dəvət edilmiş vəkil və hüquqşünas ilə görüşərək məsləhətləşə biləcəklər.

Bu hüquqi məsləhət hər iki həftədə bir dəfə, həftənin Cümə günü, yerli vaxtla saat 14:00-dan 16:00-dan İmam Əli (ə) adına İslam Mərkəzində təşkil ediləcəkdir. İlk iclası cari həftənin Cümə günü keçirilən bu məsləhət görüşü Fars, İsveç, Ərəb və İngilis dillərində olacaq.

http://iqna.ir/fa/news/3721475

captcha