IQNA

Suriyanın İdlib şəhərində üç terrorist edam edildi

22:25 - June 10, 2018
Xəbər sayı: 3483304
İŞİD terrorçuları "Təhriruş-Şam" terroristləri ilə savaşının davamında sonuncudan ələ keçirdikləri üç nəfər terroristi Suriyanın İdlib şəhərində edam ediblər.

Suriyanın İdlib şəhərində üç terrorist edam edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD terrorçuları "Təhriruş-Şam" terroristləri ilə savaşının davamında sonuncudan ələ keçirdikləri üç nəfər terroristi Suriyanın İdlib şəhərində edam ediblər.

İŞİD terror təşkilatı bu edamı intiqam məqsədi ilə həyata keçirib. Belə ki, keçmiş "ən-Nüsrə" terrorist qruplaşmasının (indiki "Təhriruş-Şam heyəti" qruplaşması) üzvləri İŞİD-in iraqlı üzvlərindən 22 nəfərini öldürmüş və onlarla nəfərini də əsir almışdı.

İŞİD terroristləri keçmiş "ən-Nüsrə" terrorist qruplaşmasının (indiki "Təhriruş-Şam heyəti" qruplaşması) əsir düşmüş üzvlərinə narıncı rəngdə əsir geyimi geyindirərək onların başlarını kəsiblər.

Keçən həftənin ikinci günü isə Suriyanın İdlib əyalətinin Səlqin şəhərində İŞİD terroristləri ilə keçmiş "ən-Nüsrə" terrorist qruplaşmasının (indiki "Təhriruş-Şam heyəti" qruplaşması) üzvləri arasında qanlı qarşıdurma baş verib və bunun nəticəsində İŞİD-in 22 nəfər iraqlı üzvü həlak olub və onlarla üzvü də əsir düşüb. "ən-Nüsrə"nin isə beş nəfər təhlükəsizlik qüvvəsinin üzvləri öldürülüb və onlarla üzvü yaralanıb.

http://iqna.ir/fa/news/3721577  

Teqlər: iqna ، İŞİd ، terror ، idlib
captcha