IQNA

Əlcəzayirin beynəlxalq Quran yarışlarının yekun mərasimi keçirildi

12:52 - June 12, 2018
Xəbər sayı: 3483315
Əlcəzayirin 15-ci beynəlxalq Qurani-Kərim yarışlarının yekun mərasimi dünən gecə, həftənin birinci günü, 11 İyun 2018-ci il, paytaxt Əlcəzirə şəhərinin came məscidində keçirilib.

Əlcəzayirin beynəlxalq Quran yarışlarının yekun mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirin Qurani-Kərimin hifzi, qiraəti, təcvidi və təfsiri üzrə keçirilən 15-ci beynəlxalq Qurani-Kərim yarışlarının yekun mərasimi dünən gecə, həftənin birinci günü, 11 İyun 2018-ci il, paytaxt Əlcəzirə şəhərinin came məscidində keçirilib.

Əlcəzayirin dini işlər və vəfqlər naziri Məhəmməd İsanın işitirakı ilə keçirilən yekun mərasimində qaliblərin adları açıqlanıb və mükafatları verilib.

Bu yarışlarda birinci yeri Əlcəzayrin nümayəndəsi Əbdüləziz Şükri əldə edib. İkinci və üçüncü yerləri isə Suriyanın nümayəndəsi Məhəmməd Hacı Əsəd və Tunisin nümayəndəsi Eymən ibn Əhməd bölüşüblər.

Qeyd edək ki, Əlcəzayirin Qurani-Kərimin hifzi, qiraəti, təcvidi və təfsiri üzrə 53 ölkənin iştirakı ilə keçirilən 15-ci beynəlxalq Qurani-Kərim yarışları keçən həftənin ikinci günü, 5 İyun 2018-ci il, başlamışdı və dünən, həftənin birinci günü, 11 İyun 2018-ci il, öz işini yekunlaşdırdı.

Bu yarışların kənarında Əlcəzayirin 15 yaşdan aşağı yeniyetmələr arasında milli hifz yarışları da keçirilib və dünən gecə yekun mərasimində qalibləri mükfatlandırılıb.   

http://iqna.ir/fa/news/3722141  

captcha