IQNA

Bəhreyn xalqı Fitr bayramı günündə aksiya keçirib

11:24 - June 17, 2018
Xəbər sayı: 3483330
Səadətli Fitr bayramının gəlib çatması ilə Bəhreyn xalqı bu ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin mənzilinin mühasirəsinin davam etməsinə etiraz olaraq, aksiya keçirib.
Bəhreyn xalqı Fitr bayramı günündə aksiya keçiribIQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Bəhreyn xalqı bu aksiyalarda Şeyx İsa Qasimin, Bəhreyn şəhidlərinin və yeniyetmə şəhid Əli Əlşeyxin təsvirlərini daşıyıbdır. Onlar şüarlar verərək, Ali-Xəlifənin zalımcasına siyasətlərini pisləyib və şəhidlərlə əhd-peymanlarını təzələyiblər.

Bəhreynlilər həmçinin Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin və bu ölkənin Əlvifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın göstərişlərinə əməl edərək, Fitr bayramında məhbusların və şəhidlərin ailələrinə baxılması istiqamətində şəhidlər gülüstanında olub və onların ailələrinin kədəri ilə bölüşüblər.

Ali-Xəlifə rejimi Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin və Bəhreyn inqilabçılarının vətəndaşlıqlarını ləğv edərək, 2016-cı ilin iyunundan Bəhreyn İslam Hərəkatı rəhbərinin yaşayış məkanını mühasirə edib və bu mübariz ruhanini ev dustağı edərək, bu müddət ərzində cümə namazının qılınmasını əngəlləyibdir.

Bəhreyn 2011-ci ilin fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq qiyamı səhnəsidir. Bəhreyn xalqı öz ölkəsində seçilmiş hökumətin hakimiyyətə gəlməsi, ayrı-seçkiliyin aradan götürülməsi, ədalətin bərqərarı və azadlıq tələb edir.

captcha