IQNA

Britaniya bazarlarında "salam bacıları" gəlincikləri

9:19 - June 19, 2018
Xəbər sayı: 3483341
Bu hicablı gəlinciklər tərəfdarları tərəfindən qız uşaqları üçün ən yaxşı örnək hesab edilib və müsəlman qadınının simvolu adlandırılıb.

Britaniya bazarlarında İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,   son günlərdə Britaniya bazarlarında satışa çıxarılan hicablı "salam bacıları" gəlincikləri müsəlmanlar tərəfindən maraqla qarşılanıb.

Bu hicablı gəlinciklər tərəfdarları tərəfindən qız uşaqları üçün ən yaxşı örnək hesab edilib və müsəlman qadınının simvolu adlandırılıb.

Bu hicablı gəlinciklərin istehsal edilərək bazarlara çıxardılmasının əsas hədəfi qız uşaqlarına iradəli olmaq və müsbət fikirləşməyi aşılamaqdır. Gəlinciklərin hər bir irqi və milləti simvolizə etməsi isə müxtəlif millətlərdən olan uşaqlar arasında uşaq vaxtından insansevərliyi tərənnüm edir.

"Salam bacıları" hicablı gəlincik geyimlərinin ideya, dizayn və istehsal hüquqları beynəlxalq "ZİLEEJ" şirkətinə aiddir. Bu şirkətin Türkiyə, BƏƏ, Avstraliya, Kanada və digər ölkələrdə filialları vardır. Şirkətin əsas hədəfi İslami həyat tərzinə uyğun gəlinciklər və oyuncaqlar istehsal etməklə İslam dininin özəlliklərini dünyaya çatdırmaqdır.

Hazırda Britaniya bazarlarında mövcud olan bu gəlincikləri internet vasitəsi ilə dünyanın hər yerindən sifariş etmək olar.

Bu oyuncaqların qutusunda dastan kitabı, daraq və iki ədəd yaylıq da vardır ki, uşaqlar üçün nəzərdə tutulmuşdur. Kitablarda müsəlman xanımların həqiqi yaşam tərzindən ilham alınaraq həmin gəlinciklərin həyatı barədə dastanlar yazılmışdır.     

http://iqna.ir/fa/news/3723429

ورود عروسک‌های محجبه سلام به بازار/ انگلیسی

 

ورود «خواهران سلام» به بازار بریتانیا

 

ورود «خواهران سلام» به بازار بریتانیا

 

ورود «خواهران سلام» به بازار بریتانیا

ورود «خواهران سلام» به بازار بریتانیا

captcha