IQNA

Dubayın Quran parkı təsvir aynasında

9:00 - June 23, 2018
Xəbər sayı: 3483361
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin "əl-Xəvanic" rayonunda yerləşən Qurani-Kərim parkının qapıları yaxın günlərdə ziyarətçilərin üzünə açıq olacaqdır.

Dubayın Quran parkı təsvir aynasındaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin "əl-Xəvanic" rayonunda yerləşən Qurani-Kərim parkının qapıları yaxın günlərdə ziyarətçilərin üzünə açıq olacaqdır.

Dubayın Qurani-Kərim parkında Quran dastanlarını və məlumatlarını canlandıran sujetlər vardır. Parkda möcüzələr mağarası, şüşəli evlər və Quranda adı çəkilən meyvə və bitkilərin satışı üçün bazarlar vardır.

Parkda 12 kiçik bağ vardır ki, hər bağ Quranda adı çəkilən bitkilərdən birinin adını daşıyır: Üzüm, Xurma, Əncir, Zeyrun, Nar, Sidr və Reyhan adlarını daşıyan bağlarda həm də həmin bitkilər əkilmişdir.

Bu parkın bütün hissələrini görmək və tamaşa etmək üçün 90 dəqiqə vaxt lazımdır. Açılış mərasimindən sonra isə möcüzələr mağarası və şüşüli evə baxış pulsuz olacaqdır.

Qurani-Kərim 60 hektarlıq ərazidə salınmışdır və möcüzələr mağarasında Qurani-Kərimdə zikr edilmiş 7 möcüzə modern texnologiyalardan istifadə edilərək nümayiş olunacaqdır.

http://iqna.ir/fa/news/3724331

پارک قرآنی دبی در قاب تصاویر

پارک قرآنی دبی در قاب تصاویر

 

Teqlər: iqna ، dubay ، bƏƏ ، quran parkı
captcha