IQNA

Almaniyalı İslamşünasın Quran və İncil barədə müqayisəvi araşdırması

22:51 - June 23, 2018
Xəbər sayı: 3483362
Almaniyalı İslamşünas və Şərqşünas Prof. Tilman Nagel 1942-ci ildə Almaniyanın Brandenburg (Brandenburg) əyalətinin Kotbus (Cottbus) şəhərində anadan olmuşdur.

Almaniyalı İslamşünasın Quran və İncil barədə müqayisəvi araşdırmasıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyalı İslamşünas və Şərqşünas Prof. Tilman Nagel 1942-ci ildə Almaniyanın Brandenburg (Brandenburg) əyalətinin Kotbus (Cottbus) şəhərində anadan olmuşdur.

Akademik təhsilini Bon universitetində almış və Dini elmlər və şərqşünaslıq ixtisası üzrə doktorluq dərəcəsinə nail olmuşdur.  

Almaniyalı İslamşünas və Şərqşünas Prof. Tilman Nagel Gutingen universitetində İslamüşnaslıq və Ərəb dili və ədəbiyyatı üzrə tədris edtmişdir. Onun İslam və şərq barədə yazdığı kitablar digər araşdırmaçıların müraciət etdiyi əsas qaynaqlardandır.

İslamşünas və Şərqşünas Prof. Tilman Nagel 2008-ci ildə min səhifəlik "Məhəmməd (s), həyat və əfsanə" adlı kitabını çap etdirmişdir ki, bu mövzuda Alman dilində yazılmış ən geniş və əhatəli kitab hesab edilir.

O, Qurani-Kərimin məna və möhtəvasını dəqiq araşdıraraq "Quran, müqəddimə, mətnlər və izahlar" adlı kitab yazmışdır. Bu kitabda Quranı tarixi, ədəbi və əqidəvi baxımdan İncil ilə müqayisəvi şəkildə təhlil etmişdir.

Amma o da digər sələfləri kimi araşdırmalarında düşmən mövqeyi sərgiləmiş və demişdir ki, Quran birbaşa zorakılığı təbliğ edir, insan hüquqları ilə ziddir və buna görə də, "islamofobiya" davam etməli və İslama qarşı məhdudiyyətlər dayandırılmamalıdır.

Əlbəttə onun bu fikirlərini həm qərbli araşdırmaçılar və həm də müsəlman alimləri təndiq edərək cavab vermişlər.

http://iqna.ir/fa/news/3724689     

اسلام‌شناس آلمانی؛ بررسی قرآن و تطبیق با انجیل 

 

 

captcha