IQNA

Uqanda "rəhmət peyğəmbəri mükafatı" toplantısına evsahibliyi edəcək

0:38 - June 24, 2018
Xəbər sayı: 3483365
Bu toplantı Uqanda respublikasının milli media təşkilatları (UBC) və Müsəlmanların Ali Şurası və İİR-nın mədəniyyət əlaqələri idarəsinin iştirakı ilə keçiriləcəkdir.

Uqanda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Uqanda respublikası cari ilin Avqust ayının 30-da keçiriləcək "rəhmət peyğəmbəri (s) mükafatı" toplantısına evsahibliyi edəcəkdir.

Bu toplantı Uqanda respublikasının milli media təşkilatları (UBC) və Müsəlmanların Ali Şurasının iştirakı ilə keçiriləcəkdir.

Bu toplantıda İslam peyğəmbərinin (s) sünnə və sirəsinin müasir yaşam tərzində nümunə olması, İslam peyğəmbərinin (s) təlimlərində dinlərarası tolerant yamaşaq, sülh və dostluq, müsəlmanlar arasında Quran və Sünnəyə əsaslanan vəhdət, Peyğəmbərin (s) sünnəsində radikalizm və zorakılıqla mübarizə kimi mövzular müzakirə ediləcəkdir.

Bu toplantıda iştirak etmək istəyənlər Avqust ayının 9-dək məqalələrini toplantının keçirilməsi komitəsinə göndərməlidirlər. Seçilən məqalələrə mükafat veriləcəkdir.

Müsəlmanların Ali Şurasının toplantı salonunda keçiriləcək konfransda İran İslam Respublikasının mədəniyyət əlaqələri məsulları, Uqandanın baş müftisi, mədəniyyət naziri və digər ictimai xadimlər və dövlət rəsmiləri iştirak edəcəklər.  

http://iqna.ir/fa/news/3724518

جایزه پیامبر رحمت(ص) در اوگاندا برگزار می‌شود

Teqlər: iqna ، uqandan
captcha