IQNA

Səudiyyə hərbi təyyarələri Yəməndə mülki vətəndaşları hədəf alıb

10:42 - June 27, 2018
Xəbər sayı: 3483382
Səudiyyə qırıcı təyyarələri Yəmən xalqına qarşı cinayətlərinin davamında Yəmənin qərbində Hədidə vilayətində 20 nəfəri öldürüb yaxud yaralayıblar.

Səudiyyə hərbi təyyarələri Yəməndə mülki vətəndaşları hədəf alıbIQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Əl-Məsirə telekanalının bu gün verdiyi məlumata görə, bu hücumda Səudiyyə qırıcıları yəmənli didərginləri daşıyan bir ədəd avtobusu dağıdıblar. 

Bu hücumda 9 mülki həlak olub, 11 nəfər də yaralanıb. Təcavüzkarların Hədidə vilayətinə hücumu nəticəsində indiyədək 5 min ailə öz ev-eşiyindən didərgin düşüb.

Teqlər: səudiyyə ، yəmən ، hərb ، iqna ، quran
captcha