IQNA

İqtisadi inkişaf üçün müsəlmanların vəhdəti zəruridir

8:55 - July 09, 2018
Xəbər sayı: 3483438
Kenyanın Nakuru şəhərinin müftisi Şeyx Əbdüləziz Məalim Məhəmməd şəhərin İslam mərkəzindəki çıxışında müsəlmanları vəhdətə dəvət edib.

İqtisadi inkişaf üçün müsəlmanların vəhdəti zəruridirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Kenyadakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Kenyanın Nakuru şəhərinin müftisi Şeyx Əbdüləziz Məalim Məhəmməd şəhərin İslam mərkəzindəki çıxışında müsəlmanları vəhdətə dəvət edib.

Kenyanın Kauru şəhərinin "İslam Şəriətin Çiçəklənməsi" dini mərkəzində çıxış edən Şeyx Əbdüləziz Məalim Məhəmməd müsəlman cəmiyyətlərinin iqtisadi inkişafı və iqtisadiyyatının genişlənməsi üçün vəhdəti önşərt hesab etdi.

O vuğuladı: Müsəlman cəmiyyətlərin hərtərəfli və bütün sahələrdə qardaşlığı və vəhdəti hazırda hər zamanda olduğundan daha vacibdir.

Şeyx Əbdüləziz Məalim Məhəmməd müsəlmanlardan istədi ki, bir-biriləri ilə savaşmaq, mübahisə etmək və təfriqə salan rəqabətlər aparmaqdansa, dini qardaşlığa və sevgiyə üz tutsunlar.

Nakuru Kenyanın Riftvali əyalətində böyük şəhərlərdən biridir. Bu şəhərin cəmiyyətinın sayı 2005-ci ildə 276 min 263 nəfər olub.

http://iqna.ir/fa/news/3728599  

Teqlər: iqna ، kenya ، vəhdət ، iqtisadiyyat
captcha