IQNA

İrlandiya Senatı İsrail rejimilə ticarəti qadağan edən qanunu təsdiq etdi

9:05 - July 13, 2018
Xəbər sayı: 3483460
İrlandiya Senatı İsrail rejiminin işğalı altındakı Fələstin torpaqlarında yerləşən sionist məskunlaşma yerlərilə ticarət qadağasını nəzərdə tutan qanun layihəsini təsdiq edib.

İrlandiya Senatı İsrail rejimilə ticarəti qadağan edən qanunu təsdiq etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İrlandiya Senatı İsrail rejiminin işğalı altındakı Fələstin torpaqlarında yerləşən sionist məskunlaşma yerlərilə ticarət qadağasını nəzərdə tutan qanun layihəsini təsdiq edib.

Qəbul edilən qərarın həyata keçirilməsi təqdirdə İrlandiya, işğal altındakı Fələstin torpaqlaqrında salınan sionist məskunlaşma yerlərilə idxal əməliyyatlarını dayandıracaq.
İsrail rejimi beynəlxalq qanunlara zidd olan sionist məksunlaşma yerlərilə ticarətə mane olan qadağanı tənqid edərək, qadağanın populist, təhlükəli və radikal olduğunu bildirib.
Fələstin Qurtuluş təşkilatı isə, İrlandiyanın etdiyi təşəbbüsə görə məmnun olduqlarını bildirib. Senatın qərarının hələ qüvvəyə minmədiyi və hökumətin qərarının qarşısını almaq üçün çalışacağı bildirilir.
captcha