IQNA

Altımış günlük Quran hifzi gəzintisi

9:56 - July 13, 2018
Xəbər sayı: 3483463
Bu iki aylıq gəzinti və ekskursiya uşaqlara, yeniyetmələrə və cavanlara istirahət vaxtlarından səmərəli istifadə etmək hədəfi və "vaxtı tələf etmək üçün fürsət yoxdur" şüarı ilə başladılıb.

Altımış günlük Quran hifzi gəzintisiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin "Əlcəzirə" əyalətinin uşaq və yeniyetmələri üçün 60 günlük Qurani-Kərim hifzi gəzintisi təşkil edilib.

Bu iki aylıq gəzinti və ekskursiya uşaqlara, yeniyetmələrə və cavanlara istirahət vaxtlarından səmərəli istifadə etmək hədəfi və "vaxtı tələf etmək üçün fürsət yoxdur" şüarı ilə başladılıb.

Bu Qurani ekskursiya səfərinin təşkilatçı məsullarının dediyinə görə, gəzintidən səmərəli istifadə edən uşaqlar səfər zamanı hər gün 10 səhifə Quran əzbərləyə biləcəklər.

Qurani ekskursiya təşkilatçıları bu fikirdədirlər ki, Qurani-Kəriminin hifzi ilə məşğul olmaq cavanları tənbəllikdən çıxardır və onların özünəinamını və iradəsini gücləndirir.

http://iqna.ir/fa/news/3729413  

captcha