İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Oman şahlığının "Rəstaq" şəhərinin "mədəniyyət komitəsi"nin nəzdində fəaliyyət göstərən "xanımlar dərnəyi" bu ilin yayında "analar arasında 3-cü Quran hifzi yarışları"nın keçiriləcəyi barədə xəbər verib.
Oman şahlığının "Rəstaq" şəhərinin "mədəniyyət komitəsi"nin nəzdində fəaliyyət göstərən "xanımlar dərnəyi" rəsisi Əsilə bint Əli ibn Səud əl-Busəidiyyə bu barədə deyib: Xanımların Qurani fəaliyyətləri dərnəyi bu ilin yayında da "Quran, yaşam tərzi" layihəsinin icrası yönündə Qurani-Kərimi əzbərdən bilən analar arasında hifz yarışları təşkil etmək qərarına gəlib.
Əsilə bint Əli ibn Səud əl-Busəidiyyə əlavə etdi: "Quran, yaşam tərzi" layihəsinin çərçivəsində Quran yarışları, Quran tədrisi və Quran ayələrinin təfsiri kimi təlim kursları keçirilir. Analar arasında Qurani-Kərimin hifzi yarışlarında 100 nəfər 30 yaşdan 39 yaşadək və 40 yaşdan yuxarı olmaqlar iki qrup analar iştirak edəcəklər.
Birinci qrup analar, yəni 30 yaşdan 39 yaşınadək olan Qurani-Kərimin 2-ci cüzi və 40 yaşdan yuxarı analar isə Qurani-Kərimin 28-ci cüzi üzrə yarışacaqlar.