IQNA

Pakistanda terror hücumunda 85 nəfər öldü

0:35 - July 14, 2018
Xəbər sayı: 3483465
Cümə günü, günün ikinci yarasında, 13 İyul 2018-ci il, intiharçı terroristin hücumu nəticəsində 85 nəfər ölüb və onlarla insan yaralanıb.

Pakistanda terror hücumunda 85 nəfər öldüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cümə günü, günün ikinci yarasında, 13 İyul 2018-ci il, intiharçı terroristin hücumu nəticəsində 85 nəfər ölüb və onlarla insan yaralanıb.

Terror hadisəsi Pakistanın cənub-qərbində yerləşən Bəluçistan əyalətinin əyalət seçki toplantısında baş verib.

Terroristlərin "Ə`maq" saytının yazdığına görə, Bu intiharçı terror əməliyyatının məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb, amma bu hadisənin detalları və səbəbləri barədə açıqlama verməyib.

Pakistanın cənub-qərbində yerləşən Bəluçistan əyalətinin Küveytə şəhərinin Mastung seçki məntəqəsində əyalət seçki toplantısına edilən bu terror hücumunda ən azı səksən beş nəfər ölüb və onlarla insan yaralanıb.

Bu hadisəsindən bir saat sonra isə digər terror hücumu Pakistanın şimal-qərbində yerləşən Banu rayonunda baş verib və dörd nəfərin ölümünə səbəb olub.

   http://iqna.ir/fa/news/3729634

 

 

Teqlər: iqna ، pakistan ، küveytə ، terror
captcha