IQNA

Riyazdakı terrorun məsuliyyətini İŞİD öz üzərinə götürdü

1:02 - July 14, 2018
Xəbər sayı: 3483467
Səudiyyə Ərəbistanın Riyaz əlayətinin Qüsəym rayonunda baş vermiş terror hadisəsinin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Riyazdakı terrorun məsuliyyətini İŞİD öz üzərinə götürdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Riyaz əlayətinin Qüsəym rayonunda baş vermiş terror hadisəsinin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

İŞİD terror təşkilatının ünsürləri keçən həftənin bazar günü, Səudiyyə Ərəbistanın paytaxtı Riyazın yaxınlığında yerləşən Qüsəym regionundakı Bürəydə şəhərinin girişində polis yoxlama məntəqsinə silahlı hücum ediblər. Bu hücumda bir polis nəfəri öldürülüb, iki terrorçu məhv edilib və digər bir terrorçu yaralanıb.

Bundan əlavə İŞİD terror qruplaşmasının ünsürləri dünən, həftənin Cümə günü, Səudiyyə Ərəbistanın paytaxtı Riyazın yaxınlığında yerləşən Qüsəym regionundakı Türəyfə şəhəri həbsxanasının qarovulçularına da silahlı hücum ediblər. Bu terror hücumunda bir Banqladeş vətəndaşı öldürülüb.

http://iqna.ir/fa/news/3729539  

Teqlər: iqna ، İŞİd ، riyaz ، terror
captcha