İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Zilqədə ayının hər bazar günü tövbə günüdür və həmin günün özünəməxsus əməlləri vardır.
Mərhum Mirzəcavad Aqa Məliki Təbrizi “Əl-muraqibat” kitabında Peyğəmbəri-Əkrəmdən (s) nəql edir ki, bir gün o həzrət öz səhabələrinə xitabən buyurdu:
“Sizin hansı biriniz tövbə etmək istəyir?” Səhabələr hamılıqla müsbət cavab verdikdə, o həzrət buyurdu: “Zilqədə ayının hər bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra 4 rükət (2 ədəd iki rəkətli) – hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, bir dəfə “Fələq” və “Nas” surələrini oxuyaraq namaz qılın. Namazdan sonra yetmiş dəfə istiğfar (tövbə) edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirin.