IQNA

Parlamentə namizədlik irəli sürənlər Qurandan imtahan verəcək

20:04 - July 17, 2018
Xəbər sayı: 3483488
İndoneziyanın Açe əyalətinin parlamentinə namizədliyini irəli sürərərək milli məclisin seçkilərində iştirak etmək istəyənlərdən Qurani-Kərimin qiraəti üzrə imtahan götürüləcək.

Parlamentə namizədlik irəli sürənlər Qurandan imtahan verəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın Açe əyalətinin parlamentinə namizədliyini irəli sürərərək milli məclisin seçkilərində iştirak etmək istəyənlərdən Qurani-Kərimin qiraəti üzrə imtahan götürüləcək.

Açe əyalətinin parlamentinə üzv olmaq istəyən müxtəlif partiya nümayəndələri cari həftənin birinci günü Qurani-Kərimin qiraəti üzrə imtahanlarda iştirak ediblər. Digər namizədlər isə bu gün və sabah imtahanlarda iştirak edəcəklər.

Milli Məclisə namizədliyini irəli sürənlərin Qurani-Kərimin qiraəti üzrə imtahanlarına İndoneziyanın Dini İşlər Nazirliyi və Müsəlman Alimlər Şurası nəzarət edir.

Qurani-Kərimin qiraəti üzrə imtahanlarda iştirak edən namizədlər Quranın düzgün qiraət qaydalarını və təcvid üsullarını bilməlidirlər. İmtahanda lazım olan imtiyazı toplayanlar parlamentə namizədliklərini irəli sürüb seçkilərdə iştirak edə bilərlər.

Açe əyaləti Sumatra adasının şimalında yerləşir və şəriət qanunları əsasında idarə edilir. Açe qanunlarına görə parlament nümayəndələri və digər dövləti vəzifələrdə işləyənlər Qurani-Kərimi düzgün qiraət etməyi bacarmalıdırlar.

http://iqna.ir/fa/news/3730923

 

 

Teqlər: iqna ، quran ، aÇe ، indoneziya
captcha