IQNA

Yəməndə xolera epidemiyası can almağa davam edir

0:36 - July 20, 2018
Xəbər sayı: 3483499
BMT-nin Uşaq Fondu (UNICEF) bildirir ki, Yəməndə 13 ay ərzində xolera epidemiyasından həyatını itirənlərin sayı 2 min 300 nəfəri keçib.

Yəməndə xolera epidemiyası can almağa davam edirBMT-nin Uşaq Fondu (UNICEF) bildirir ki, Yəməndə  13 ay ərzində xolera epidemiyasından həyatını itirənlərin sayı 2 min  300 nəfəri  keçib. 

BMT-nin Uşaq Fondunun  Yəmən ofisi öz Twitter səhifəsində verdiyi açıqlamasında  son 13 ay ərzində xoleradan 2311 nəfərin öldüyü,  1 milyon 118 nəfərin  isə xolera epidemiyasına yoluxma ehtimalı ilə nəzarətə götürüldüyü bildirilib. 

Açıqlamada xəstəliyin yayılmasının qarşısının alınması üçün davamlı iş aparıldığına baxmayaraq Səudiyyə rejiminin  təcavüzünün davam etdirilməsi  və səhiyyə sisteminin qeyri-kafi olmasına  görə işlərin lazimi sürətdə olmadığı vurğulanıb. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının  öncəki hesabatına görə, 2017-ci ilin iyun ayından  indiyədək  xolera epidemiyasından 2200 nəfər həyatını itirib,  1 milyondan çox yəmənlinin isə  epidemiyaya yoluxub. 

Səudiyyə Ərəbistanının liderliyində Yəmənə qarşı başladılan müharibə təxminən 2 il yarımdır ki, davam edir. Bu müddətdə ölkədəki həyati infrastrukturlar tamamilə darmadağın edilib və tətbiq edilən iqtisadi sanksiyalarla vəba kimi bir çox yoluxucu xəstəliklər nəticəsində ölkə əhalisi çox ciddi təhdidlərlə üz-üzədir. Əgər tədbir görülməsə ölkədə insanlıq faciəsi baş verəcək.

Mövcud statistikaya əsasən, Səudiyyə rejiminin təcavüzü nəticəsində 12 milyon nəfərdən çox yəmənli həyatını itirib. /maide.az/

Teqlər: iqna ، yəmən ، xora epidemiyası
captcha