IQNA

Suriyada 1200-dən çox qadın və uşağın basdırıldığı kütləvi məzarlıq tapıldı

17:27 - July 23, 2018
Xəbər sayı: 3483517
Suriyanın Raqqa şəhərində kütləvi məzarlıq aşkar edilib. Bu məzarlıqda 1200-dən çox günahsız və sivil insanın, qadın və uşaqların kütləvi şəkildə basdırıldığı məlum olub.

Suriyada 1200-dən çox qadın və uşağın basdırıldığı kütləvi məzarlıq tapıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın Raqqa şəhərində kütləvi məzarlıq aşkar edilib. Bu məzarlıqda 1200-dən çox günahsız və sivil insanın, qadın və uşaqların kütləvi şəkildə basdırıldığı məlum olub.

"İslamazeri.com" informasiya portalının verdiyi xəbərə əsasən, Suriyanın Raqqa şəhərində kütləvi məzarlıq aşkar edilib. Bu tapıntının miqyası hətta ən təcrübəli mütəxəssisləri belə sarsıdıb. Məlum olub ki, kütləvi məzarlıqda 1200-dən çox insan basdırılıb. Üstəlik onların hamısı ancaq qadın və uşaqlardır.

Bildirilir ki, indiyədək oradan 1236 cəsəd çıxarılıb. İlkin məlumata görə, onların hamısı ABŞ-ın başçılıq etdiyi koalisiyanın İŞİD terrorçularına endirdiyi zərbələrin qurbanlarıdır.

Xatırladaq ki, cari ayın əvvəlində “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı bəyan etmişdi ki, 533 İŞİD qurbanının basdırıldığı 9 kütləvi məzarlıq aşkar edilib.

Yeri gəlmişkən, adıçəkilən təşkilat daha öncə dəfələrlə bildirib ki, ABŞ-ın başçılıq etdiyi koalisiya beynəlxalq hüququ pozur və dinc insanların həyatlarını təhlükəyə atır.

captcha