IQNA

İsrail hərbiçiləri fələstinli uşağı güllə ilə vuraraq şəhid etdilər

18:31 - July 23, 2018
Xəbər sayı: 3483518
Hadisə işğalçı və sionist İsrail təşkilatı hərbiçilərinin İordaniya çayının qərb sahillərində Beyt-Ləhm şəhərinin Dəhişə qaçqın sığınacağına hücumu zamanı baş verib.

İsrail hərbiçiləri fələstinli uşağı güllə ilə vuraraq şəhid etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı və sionist İsrail təşkilatının hərbi qüvvələri on beş yaşlı fələstinli yeniyetməni güllə ilə vuraraq şəhid etdilər.

Hadisə işğalçı və sionist İsrail təşkilatı hərbiçilərinin İordaniya çayının qərb sahillərində Beyt-Ləhm şəhərinin Dəhişə (Dühəyşə) qaçqın sığınacağına hücumu zamanı baş verib.

Yerli xəbər qaynaqları bu barədə yazır: İşğalçı, sionist və terrorist İsrail təşkilatının hərbi qüvvələri bu gün (23 İyul 2018) səhər saatlarında İordaniya çayının qərb sahillərində Beyt-Ləhm şəhərinin Dəhişə (Dühəyşə) qaçqın sığınacağına hücum ediblər.

İsrail hərbiçiləri gözyaşardıcı qazlardan istifadə edib və insanlara güllə atıblar. Bu hücumda onlarla insan yaralanıb və Ərkan Sair Müzhir adlı 15 yaşlı fələstinli isə şəhid edilib.   

Sionist quldurları bundan əlavə Məhəmməd Ədnan Əbu Əyaş və Camal Səravi adlı iki fələstinli yeniyetməni həbs ediblər.

http://iqna.ir/fa/news/3732474

 

Teqlər: iqna ، fələstin ، şəhid
captcha