IQNA

Malidə 11 terrorçu məhv edildi

20:37 - July 23, 2018
Xəbər sayı: 3483520
Qərbi Afrika dövləti olan Malidə radikal terrorçular dövlət qoşunları ilə üzləşiblər. Bu savaşda 11 terrorçu məhv edilib.

Malidə 11 terrorçu məhv edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qərbi Afrika dövləti olan Malidə radikal terrorçular dövlət qoşunları ilə üzləşiblər. Bu savaşda 11 terrorçu məhv edilib.

Mali respublikasının müdafiə nazirliyinin mətbuat xidmətinin bu barədə yaydığı xəbərə görə, dövlət qoşunları ilə radikal terroristlər arasında baş verən atışmada on bir terrorçu həlak olub və dövlət qoşunlarının bir neçə nəfər əsgəri yaralanıb, bir nəfəri isə ölüb.

Hadisə dünən, keçən həftənin bazar günü, 22 İyul 2018-ci il, Səgu rayonunun Səmuni meşəsində dövlət qoşunlarının partul xidməti maşınının terrorçuların maşınları ilə üzləşməsi nəticəsində baş verib.

Həmçinin keçən həftənin Cümə günü silahlı terrorçular Malinin şimal-şərqində Nigeriya ilə sərhəddə yerləşən Minaka rayonunda kəndlərə hücum ediblər. Bu hücum zamanı terrorçuların 20 nəfəri öldürülüb.

Qeyd edək ki, 2013-cü ildən Fransa hərbiçiləri əl-Qaidə terror təşkilatına bağlı terroristləri bu ölkədən qovmaq üçün Malinin şimalında yerləşiblər.     

http://iqna.ir/fa/news/3732451

Teqlər: iqna ، mali ، terror ، Əl-qaidə
captcha