IQNA

İŞİD üzvləri barəsində edam hökmü verildi

6:45 - August 08, 2018
Xəbər sayı: 3483618
İraqın Mərkəzi Cəza Məhkəməsi İŞİD terrorist qruplaşmasının beş üzvünün barəsində edam hökmü çıxartdı. Onlar İraqın polis və təhlükəsizlik qüvvələrinə qarşı silahlı müqavimət göstəriblər.

İŞİD üzvləri barəsində edam hökmü verildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Mərkəzi Cəza Məhkəməsi İŞİD terrorist qruplaşmasının beş üzvünün barəsində edam hökmü çıxartdı.

İraqın Ali Məhkəmə Şurasının sözçüsü dünən, həftənin ikinci günü, 7 Avqust 2018-ci il, bu barədə xəbər verərək deyib: İraqın Mərkəzi Cəza Məhkəməsi İŞİD terrorçularının beş intiharçı üzvü barədə edam hökmü verdi.

O əlavə edib: Barələrində edam hökmü çıxarılan İŞİD ünsürləri Neynəva və Ənvar əyalətlərində polis və təhlükəsizlik qüvvələri ilə silahlı toqquşma yaradıblar və həmçinin müxtəlif terror əməliyyatları həyata keçiriblər.

http://iqna.ir/fa/news/3736823  

 

Teqlər: iqna ، İŞİd ، İraq ، edam
captcha