IQNA

Etirazçılar İraq-Küveyt kömrük keçid məntəqsini bağladılar

8:57 - August 13, 2018
Xəbər sayı: 3483647
Onlarla etirazçı hakimiyyətin onların istəklərinə cavab verməməsi barədə şüarlar səsləndirərək Bəsrə əyalətinin Səfvan rayonunun İraq-Küveyt kömrük sərhəd keçid məntəqsinə gedən yolu bağlayıblar.

Etirazçılar İraq-Küveyt kömrük keçid məntəqsini bağladılarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hakimiyyətin qayqısızlığından və sosial xidmətlərindən zəifliyindən şikayətçi olan etirazçılar bununla neçənci dəfədir ki, İraqın cənubunda yerləşən Bəsrə əyalətinin İraq və Küveyt sərhədində yerləşən Səfvan kömrük keçid məntəqəsini bağlayırlar.

Bu məlumatda deyilir ki, onlarla etirazçı hakimiyyətin onların istəklərinə cavab verməməsi barədə şüarlar səsləndirərək Səfvan rayonunun İraq-Küveyt kömrük sərhəd keçid məntəqsinə gedən yolu bağlayıblar. Bu addım iki ölkə arasında avtomobil hərəkətini dayandırıb.

Etirazçılar təhdid ediblər ki, əgər onların sosial tələblərinə cavab verilməzsə və onlar üçün iş fürsətləri yaradılmazsa, aksiyanı davam etdirəcəklər.

Qeyd edək ki, İraqdakı etiraz dalğaları bir ay öncə sosial tələblərlə Bəsrə əyalətindən başlayaraq mərkəzi və cənubi rayonlara yayıldı. Təhlükəsizlik qüvvələri və etirazçılar arasında baş verən qarşıdurmalarda onlarla insan yaralanıb və ölüb. Etirazların şiddətləndiyini görən baş nazir Heydər İbadi söz verib ki, xalqın istəklərini həyata keçirəcəkdir.   

http://iqna.ir/fa/news/3737947

Teqlər: iqna ، bəsrə ، iraq-küveyt
captcha