IQNA

Dünya şöhrətli qari vəfat etdi

17:39 - August 16, 2018
Xəbər sayı: 3483675
Misrin dünya şöhrətli qarisi, Misrin tele-radio qariləri birliyinin üzvü və beynəlxalq qarisi Şeyx Məhmud İsmail Şərif 75 yaşında ikən dünyasını dəyişdi.

Dünya şöhrətli qari vəfat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin dünya şöhrətli qarisi, Misrin tele-radio qariləri birliyinin üzvü və beynəlxalq qarisi Şeyx Məhmud İsmail Şərif 75 yaşında ikən dünyasını dəyişdi.

Mərhumun oğlu Məhəmməd Məhmud Şərifin oğlunun bu barədə açıqlamasına görə, o, həftənin ikinci günü, Avqust ayının 14-də, dünyasını dəyişib.

Şeyx Məhmud İsmail Şərif 1943-cü ildə Misrin Şərqiyyə əyalətinin Səqər rayonunda anadan olub. 1979-ci ildə Misrin tele-radiosunda Quran qiraət etməyə başlayıb. Bir çox dini mərasimlərdə və Cümə namazlarında Quran tilavət edib. Həmçinin mübarək Ramazan aylarında bir sıra Ərəb və Avropa dövlətlərində dini təbliğat çərçivəsində Quran tilavəti ilə məşğul olub.

Mərhumun cənazəsi dünən, həftənin üçüncü günü, 15 Avqust 2018-ci il, Quran aşiqlərinin izdihamlı müşayəti ilə dəfn edilib.  

http://iqna.ir/fa/news/3738716

ادیت شده؛ «محمود اسماعیل شریف» قاری پرآوازه مصری درگذشت

Teqlər: iqna ، qari ، misr ، məhmud şərif
captcha