İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mədinə şəhərinin "Peyğəmbər Məscidi"nin (Məscidun-Nəbəvi) Quran müfəssiri, Quran elmləri müəllimi və Quran hafizi Şeyx Əbu Bəkr Cəzayiri bir il ağ ciyərin kəskin iltihabı xəstəliyi ilə mübarizədən sonra 97 yaşında ikən fani dünya ilə vidalaşdı.
Şeyx Əbu Bəkr Cabir ibn Musa Cəzayiri 1921-ci ildə Əlcəzayirin Biskra əyalətinin Lioua ((لیوة – لواء rayonunda anadan olmuşdu. Ana vətənində Maliki fiqhini öyrəndikdən sonra ailəsi ilə birlikdə Mədinə şəhərinə müraciət etmiş, bir müddət burada elm öyrəndikdən sonra, özü də ustadlıq dərəcəsinə nail olmuşdu. O, Mədinə məscidində, bu şəhərin İslam universitetində və Mədinənin maarif mədrəsələrində tədris etmişdir.
Şeyx Əbu Bəkrin cənazəsi dünən, həftənin Cüməaxşamı günü, Zöhr namazından sonra əhalinin və zəvvarların izdihamlı iştirakı ilə Bəqi qəbiristanlığında dəfn edildi.
http://iqna.ir/fa/news/3738773
Dəfn mərasimindən qısa görüntünü qarşıdakı linkdə izləyə bilərsiniz: İZLƏ