IQNA

Əlcəzayirli təfsir ustadı Bəqidə dəfn edildi – Foto

18:07 - August 16, 2018
Xəbər sayı: 3483676
Mədinə şəhərinin "Peyğəmbər Məscidi"nin Quran müfəssiri və müəllimi Şeyx Əbu Bəkr Cəzayiri bir il ağ ciyərin kəskin iltihabı xəstəliyi ilə mübarizədən sonra 97 yaşında ikən fani dünya ilə vidalaşdı.

Əlcəzayirli təfsir ustadı Bəqidə dəfn edildi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mədinə şəhərinin "Peyğəmbər Məscidi"nin (Məscidun-Nəbəvi) Quran müfəssiri, Quran elmləri müəllimi və Quran hafizi Şeyx Əbu Bəkr Cəzayiri bir il ağ ciyərin kəskin iltihabı xəstəliyi ilə mübarizədən sonra 97 yaşında ikən fani dünya ilə vidalaşdı.

Şeyx Əbu Bəkr Cabir ibn Musa Cəzayiri 1921-ci ildə Əlcəzayirin Biskra əyalətinin Lioua ((لیوة – لواء rayonunda anadan olmuşdu. Ana vətənində Maliki fiqhini öyrəndikdən sonra ailəsi ilə birlikdə Mədinə şəhərinə müraciət etmiş, bir müddət burada elm öyrəndikdən sonra, özü də ustadlıq dərəcəsinə nail olmuşdu. O, Mədinə məscidində, bu şəhərin İslam universitetində və Mədinənin maarif mədrəsələrində tədris etmişdir.

Şeyx Əbu Bəkrin cənazəsi dünən, həftənin Cüməaxşamı günü, Zöhr namazından sonra əhalinin və zəvvarların izdihamlı iştirakı ilə Bəqi qəbiristanlığında dəfn edildi.    

  http://iqna.ir/fa/news/3738773

 ØªØ´ÛŒÛŒØ¹ مفسر قرآن الجزایری به سمت بقیع+فیلم

تشییع مفسر قرآن الجزایری به سمت بقیع+فیلم

تشییع مفسر قرآن الجزایری به سمت بقیع+فیلم

Dəfn mərasimindən qısa görüntünü qarşıdakı linkdə izləyə bilərsiniz: İZLƏ

Teqlər: iqna ، Əbu bəkr ، quran təfsiri
captcha